Şəfəqə Doğru » Manşet » Putinin ən güclü rəqibinə 3il 6 ay həbs cəzası verildi-Məhkəmədən Navalnıya şok

Putinin ən güclü rəqibinə 3il 6 ay həbs cəzası verildi-Məhkəmədən Navalnıya şok

Putinin ən güclü rəqibinə 3il 6 ay həbs  cəzası verildi-Məhkəmədən Navalnıya şok

Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.


Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.


Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.


Navalnı qardaşları 2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə "İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də "Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət etməkdə ittiham edilir.