Şəfəqə Doğru » Manşet » Rüşvət alan polkovnik saxlanıldı

Rüşvət alan polkovnik saxlanıldı

Rüşvət alan polkovnik saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin silahlı qüvvələrinin polkovnikini saxlayıb.

 

O, əsgərləri rüşvət qarşılığında bir bölmədən digərinə, ön xətdən arxa cəbhəyə köçürməkdə şübhəli bilinir.

 

Bildirilib ki, ötən il sentyabrın 13-də polkovnik həqiqi hərbi xidmətdə olan əsgərin anasından övladının başqa bölməyə köçürülməsi üçün 2 min ABŞ dolları tələb edib. O, məbləğin birinci yarısını bukmeyker kontorlarının hesabına köçürülməsi vasitəsilə əldə edib.

Bundan başqa, noyabrın 7-də digər həqiqi hərbi xidmətdə olan əsgəri şəxsi heyəti cəbhədə döyüşlərdə iştirak edən hərbi hissəyə göndərilməməsi üçün vasitəçilər yolu ilə valideynlərindən 2 500 ABŞ dolları istəyib. Elə həmin gün o, 2 min dolları alıb.

Daha bir əsgəri arzuolunan xidmət yerinə göndərilməsi üçün polkovnik 10 min ABŞ dolları tələb edib.

2021-ci ildə isə polkovnik çağırışçı əsgərin başqa bir hissəyə köçürülməsi üçün 2 mindən çox dollar istəyib. Yanvarın 7-si və 8-də bu məbləği hissə-hissə alıb: pul yenidən totalizatordakı hesabına köçürülüb.

Bundan əlavə, MTX-nin məlumatına görə, xəstəxanada işə düzəltmə, hərbi rütbələrin verilməsinin təşkil edilməsinə görə 3 min ABŞ dolları alıb.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin zabiti başqa bir hərbçinin Sünikdəki xəstəxanadan İrəvana geri çağırılmasını da təşkil edib və bundan sonra onu arxa cəbhəyə köçürüb. Buna görə o, 600 ABŞ dollarından çox vəsait alıb.

Polkovnikin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasını ört-basdır etməsi də ortaya çıxıb.

Lusakertdəki bir hərbi hissədən çağırışçının cəbhəyə göndərilməsindən "xilas etmək" üçün ondan 400-dən çox dollar alıb. Maraqlıdır ki, oradan cəbhəyə göndərilmə ümumiyyətlə planlaşdırılmamışdı.

Polkovnik MTX-yə gətirilib. Onunla birgə daha 10 nəfər saxlanılıb//modern.az