Şəfəqə Doğru » Manşet » "Mega City Holding”-in təsisçisi Fariz Nuriyev saxtakarlıqda özündən əvvəlkilərə "rəhmət oxudur"

"Mega City Holding”-in təsisçisi Fariz Nuriyev saxtakarlıqda özündən əvvəlkilərə "rəhmət oxudur"

"Mega City Holding”-in təsisçisi Fariz Nuriyev saxtakarlıqda  özündən əvvəlkilərə "rəhmət  oxudur"
Artıq uzun illərdir ki, ölkə mətbuatında "MEGA City Holding" MMC şirkətinin özbaşınalıqları haqqında kifayət qədər yazılar verirlib.Təəssüf ki, adıçəkilən şirkətin qurbanların sayı ağlagələndan də çoxdur. Elə bu səbəbdən də, həmin qurbanlar üzləşdikləri saxtakarlığın yaratdığı çarəsizlik səbəbiylə yenidən mediayaya üz tuturlar. "MEGA City Holding" MMC-nin "toruna" saldığı qurbanlarından biri də Qazax rayonu,Daş Salahlı kəndinin sakini Allahquluyev Anar Hüseyin oğludur. Redaksiyamıza müraciət edən A.Anar bildirir ki, 2013-cü il, 29 iyul tarixində Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 91.4 kv/m -dən ibarət iki otaqlı mənzil 20 nömrəli alıcının,yəni A.Anarın mülkiyyətinə verilib. Həmin müddətdə, ölkədəki işsizlik səbəbiylə Rusiyaya işləməyə gedərək, orada yaşayan A.Anar Bir neçə ildən sonra qayıdıb, evinə gəldiyində, ona verilən mənzilin qapısının Elşad adında tanımadığı biri tərəfindən dəyişdirildiyini görüb.Araşdırdıqdan sonra məlum olub ki, "MEGA City Holding" MMC-nin həmtəsisçisi Fariz Nuriyev A.Anara məxsus olan evi, ikinci dəfə, yuxarıda adı çəkilən Elşada da (soyadını bilmirik) satıb.Obrazlı ifadə ilə yazsaq, bununla da "qızın iki adaxlısı olduğu" aşkarlanıb. Uzun çəkişmələrdən sonra, şirkətin həmtəsisçisi Fariz Nuriyev evin əsl sahibi A.Anara qarşı etdiyi haqsızlığı qəbul edərək, evin hal-hazırkı real dəyərindən də az olan 65 000 min manatı,bir ay müddətində A.Anara geri qaytaracağına dair iltizam verib. Pulun bir hissəsini-44500 AZN məbləği, çətinliklə və hissələrlə geri verdikdən sonra , Fariz Nuriyev puln qalan hissəsini - tam olaraq 20500 AZN məbləği geri qaytarmaqdan imtina edib. O, dələduzların ən çox yararlandığı "fənd"dən istifadə edərək "pulun geri qalan hissəsini artıq ödəmişəm" deyərək pulu mənimsəməyə çalışır. Ev üçün ödədiyi pulun önəmli bir hissəsini (20500) geri almaqda çətinlik çəkən Allahquluyev Anar, məcbur qalaraq hüquq-mühafizə orqanlarına şikayət edib. Eyni zamanda , o, Korrupsiyaya qarşı Mübarizə idarəsinə də müraciət ünvanlayıb. Bütün bunlardan sonra, şırkətin həmtəsisçisi Fariz Nuriyev haqqında cinayət işi açılıb.Əldə etdiyimiz məlumata görə, artıq, Fariz Nuriyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çağırılıb və aidiyyəti məsələ üzrə dindirilib.Hal-hazırda araşdırma davam etməkdədir. Yuxarıda qeyd olunan razılaşmalar, öhdəliklər və şirkətin həmtəsisçisi Fariz Nuriyevin pulu geri ödəmək haqqında verdiyi iltizamın əyani görüntüsünü təqdim edirik:

Nicat Novruzov