Dövlət Gömrük Komitəsinin idxal mallarının rüsumu ilə bağlı soyğunçuluq və kələk siyasəti tənqid olunub. Reportyor.info xəbər verir ki, limiti keçən vətəndaşdan 1 dollarlıq mal üçün gömrükdə nə az, nə çox düz 25 manat əlavə rüsum alındığı məlum olub. Bu barədə müstəqil jurnalist Anar Gəraylı yazıb. Onun sözlərinə görə, vətəndaş 300 dollarlıq limitini keçdikdən sonra ölkəyə 1 dollarlıq yeni məhsul gətirir. Bu 1 dollarlıq məhsula görə gömrükçülər vətəndaşdan pul istəyir:
1. İdxal gömrük rüsumu + 0,15 USD
2. ƏDV + 0,18 USD
3. Gömrük yığımı (!) + 15 AZN
4. Elektron xidmət haqqı (!) + 10 AZN
Beləliklə, bir dollarlıq məhsula görə gömrük əməkdaşları vətəndaşdan 25,56 manat alır.