Şəfəqə Doğru » Manşet » 5 qaziyə mühərriklə hərəkət edən təkərli oturacaqlar verildi

5 qaziyə mühərriklə hərəkət edən təkərli oturacaqlar verildi

5 qaziyə mühərriklə hərəkət edən təkərli oturacaqlar  verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz – Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.

Tədbirdə Agentliyin sədri Cavid Əbdül-Qədirov çıxış edib  O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

 

Sədr qeyd edib ki, son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb.  

Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksəktexnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini qeyd edib. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə də 1220 reabilitasiya vasitəsinin verildiyini diqqətə çatdırıb.