Şəfəqə Doğru » Manşet » Donetsk-də atəşkəs pozulub- "Rusiya qoşun göndərdi" iddiası

Donetsk-də atəşkəs pozulub- "Rusiya qoşun göndərdi" iddiası

Donetsk-də atəşkəs  pozulub- "Rusiya qoşun göndərdi" iddiası

Donetsk bölgəsində Rusiya dəstəkli birliklərlə Ukrayna əsgərləri arasında qarşıdurma olub.

RİA "Novosti”yə istinadən xəbərdə  bildirilib ki, bölgədəki vəziyyətin kəskin şəkildə gərginləşdiyi və hər iki tərəfin atəşkəsi pozmaqda bir-birini ittiham etdiyi bildirilir.

Agentlik qeyd edib ki, Rusiya dəstəkli birliklərin 1 əsgəri insident zamanı həlak olub. Bundan sonra Kreml bölgəyə ölümcül "Spetsnaz” komandosunu göndərmək barədə qərar verib.

Son sutka ərzində təmas xəttində aktivlik artıb.

Mütəxəssislər 250 min əsgər, 12 min tank, 850 özüyeriyən silah və raketlər ilə Rusiya ordusunun ən güclü birliyi olan Qərb Hərbi Dairəsinin xüsusi təyinatlı qüvvələrinin qarşı tərəfin təchizat yerlərini ortaya çıxarmaq üçün seçilmiş nöqtələrə atış etdiyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, 1 ildən uzun müddətdir bölgədə sabitlik hökm sürürdü//publika.az