Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vanadzor şəhərində atasının məzarında özünü güllələyib.
"Sputnik Ermənistan”a istinadən yayılan xəbərdə bildirilir ki, hadisə 30 mart tarixində, saat 18:00 radələrində baş verib.
Hadisə şahidlərinin kömək çağırmasından sonra Hayk X. adlı zabit Vanadzor tibb mərkəzinə aparılsa da, orada keçinib.
İlkin məlumatlara görə, o, özünü "Makarov” tapançası ilə başından vurub.