Şəfəqə Doğru » Manşet » Ramiz Mehdiyevin AMEA-dakı işi MM-də tənqid olunub

Ramiz Mehdiyevin AMEA-dakı işi MM-də tənqid olunub

Ramiz Mehdiyevin AMEA-dakı işi MM-də  tənqid olunub

Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib. 

 Milli Məclisdə çıxış edən E. Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib: 

 

"Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib” qafqazinfo