Şəfəqə Doğru » Manşet » Başı bəlalı britaniyalı vaksin

Başı bəlalı britaniyalı vaksin

Başı bəlalı britaniyalı vaksin
Böyük Britaniya və İsveç krallığının ortaq istehsalı olan AstraZeneca labelli vaksinin ətrafında narahatlıqların ardı arası kəsilmir. Bəzi Avropa ölkələri onun istifadəsinə icazə versələr də, bəziləri ehtiyat xatirinə onun injeksiyasını dayandırma qərarı almışdır (Norveç və Danimarka). Beləliklə, Belçika və Fransada bu vaksin 55 yaşdan, İtaliya və Almaniyada isə 60 yaşdan yuxarı olanlara tətbiq olunur. Həftələrdir davam edən müşahidələrdən sonra aydın olur ki, həqiqətən də bu vaksinin qanda tromblar yaratmaq və bunun ölümlə nəticələnməsi ehtimalı vardır. Bunu Avropanın Dərmanlar üzrə Agentliyi də təsdiqləyir. Yalnız, o eyni zamanda bu vaksinin koronavirusa qarşı çox effektiv olduğunu və beləliklə çox sayda həyatlar xilas etdiyini də xatırladır. 

Avstriya, Rumıniya və Bolqarıstan kimi ölkələr isə hələ də vaksini məhdudiyyətsiz tətbiq edirlər. Vaksinin vətəni sayılan Böyük Britaniyada isə, bir neçə ölüm hadisəsindən sonra, vaksinin 30 yaşdan aşağı olanlara verilməsi dayandırılmışdır.