"Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
"Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin harada davam etdirilməsinə gəlincə, bununla bağlı da müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, tələbələr təhsilini olduğu kimi, davam etdirəcək. Müəllim və pedoqoji heyətin də fəaliyyətində dəyişiklik olmayacaq.
"Qafqaz” Universitetinin bağlanması haqda yayılan məlumatdan az sonra Azərbaycanda nəşr olunan "Zaman-Azərbaycan” qəzeti və qəzetin rəsmi veb-səhifəsi zaman.az saytı da fəaliyyətini dayandırıb. Qəzetin təsisçiləri Anar Qaraxançallı, Ürfan Məmmədli və Pənah Abdurahmanlı bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlağına təsir edə biləcəyini nəzərə alaraq, biz – ”Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən "Zaman-Azərbaycan” qəzetinin və "Zaman.az” saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik”.
"Azadlıq” qəzetinin məlumatına görə, "Qafqaz” Universitetinin tələbələri isə adıçəkilən təhsil ocağının bağlanması barədə qərara etiraz olaraq sosial şəbəkələr üzərindən etiraz çağırışları ediblər. Onlar, Universitetlə bağlı qəbul olunan qərarı qəbul etmədiklərini bildiriblər.
Universitet tələbələrin etiraz çağırışlarına rəsmi facebook səhifəsində münasibət bildirib: "Qafqaz Universitetinin bağlanması ilə əlaqəli xəbərdən təsirlənən tələbələrimizin, valideynlərin və digər şəxslərin, müxtəlif yerlərdə toplanma, həmrəylik və ya etiraz nümayiş etdirmə kimi sosial şəbəkələrdə çağrışlar etməsinə münasibət bildirərək, Qafqaz Universiteti Rektorluğu rəsmi olaraq bu kimi halların yolverilməz olduğunu, bu kimi şəxslərə təmkin və sükunət çağrışı edərək, dövlətimizin rəsmi qurumlarının qərarını gözləməyi və alınan qərar nə olacaqsa ona tabe olmağa çağırır”.
Türkiyədə Fətullah Gülən şəbəkəsinin planlaşdırdığı uğursuz çevriliş cəhdindən sonra ölkədə Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinənlər ya həbs olunur, ya da işdən çıxarılır. "Azadlıq” qəzeti oxşar prosesin Azərbaycanda da baş verməsini istisna etmir: ” Artıq bu prosesə start verildiyini söylmək olar. Ehtimal olunur ki, Azərbaycan hakimiyyəti Gülən şəbəkəsi ilə əlaqədə şübhəli bilinən məmurları da "vurmağa” başlayacaq”.
Qeyd edək ki, Azərbaycanda "Gülən şəbəkəsi”nin böyük dayaqları olduğu şübhə doğiurmur. 1992-ci ildən Azərbaycanda fəaliyətə başlayan bu şəbəkə ölkədə açdığı çoxsaylı məktəblər vasitəsilə xeyli sayda insanı öz sıralarına qata bilib. Onların bir çoxunu hökumətdə və güc strukturklarında önəmli postlatlara yerləşdirdikləri də istisna deyil. Bəzilərinin adları mətbuatda hallansa da, əksəriyyətini gizli saxlandığı şübhə doğurmur. Türkiyədəki hadisələr bu şəbəkənin nə qədər təhlükəli olduğunu ortaya qoydu.
Son qərarlar Azərbaycan hökumətinin də artıq bunun fərqində olduğunu göstərir. Odur ki, "Gülən şəbəkəsi”nə bağlı məmurların da müəyyən edilib "vurulacağı” və ya tam nəzarətə götürüləcəyi şübhə doğurmur.