Şəfəqə Doğru » Manşet » Ata qızını amansızlıqla qətlə yetirdi

Ata qızını amansızlıqla qətlə yetirdi

Ata qızını amansızlıqla qətlə yetirdi
Abşeron rayonunda qətl törədilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.