Rusiya yeni müharibəyə hazırlaşır.
Bu barədə Böyük Britaniya mətbuatında məlumatlar yayılıb.
Məlumata görə, Putin Krım və Ukrayna sərhəddində yerləşdirdiyi 80 min əsgərə "Müharibəyə hazır olun!” əmri verib.
Mümkün atışma anında Rusiyanın ilk hədəfi Ukraynanın su təchizatı obyektləri olacaq. Ehtimal edilir ki, Rusiya Krımdan Ukraynanın cənubuna dəniz və torpaq yolları ilə hücum edəcək.
Digər tərəfdən 13 apreldə peykdən çəkilən görüntülər Rusiyanın hərbi gücünü sərgiləyib. Krımın cənub sahilində Kaçık gölünün yanındakı düşərgənin görüntülərinə əsasən, Rusiyanın hərbi bazalarını artırdığı məlum olub. Sözügedən görüntülərdə həmçinin bu ölkənin bölgədə yüzlərlə piyada çadırı qurduğu görülüb.