Şəfəqə Doğru » Manşet » Müharibə əlilləri bir sıra dövlət rüsumlarından azad edilir

Müharibə əlilləri bir sıra dövlət rüsumlarından azad edilir

Müharibə əlilləri bir sıra dövlət rüsumlarından azad edilir

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra güzəştlər müəyyənləşdirilir.

Bununla bağlı "Dövlət rüsumu” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri və şikayətlərin hüquqi əhəmiyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, o cümlədən mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad edilirlər.