Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Elmir Vəlizadə 2007-ci ildən nazir maavini ıpostunu tuturdu.
Hazırda Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin üç müavini var: Əli Abdullayev 1-ci müavin, Rəhman Hümmətov və Rövşən Rüstəmov müavin vəzifələrini tutur.
Qeyd edək ki, Rövşən Rüstəmov bu vəzifəyə dünən təyinat alıb.