Şəfəqə Doğru » Manşet » Tərtərdə qətl- Məhkəmə binası önündə arvadını öldürdü

Tərtərdə qətl- Məhkəmə binası önündə arvadını öldürdü

Tərtərdə qətl- Məhkəmə binası önündə arvadını öldürdü

Tərtər rayonunda qətl hadisəsi baş verib.
Hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb.
Belə ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Tərtər rayonunda arvadını qətlə yetirən şəxs saxlanılıb. Hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahisə edib. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)