Shafaqadogru.com Mediaxeberleri.az -a istinadən xəbər verir ki, bu minvalla dırnaq arası qəhrəmanlar ölkənin mərkəzi hissəsindən sərhədinə kimi gəlib cıxıblar .
Sonuncu dəfə dələduzlar Qazax rayonunun sərhəd kəndi olan Kəmərlidə mağazalardan bu üsülla pul tələb edib . Qazax rayon polis şöbəsinə müraciət edən sakinlərin ərizəsi əsasında əməliyyat qrupu yaradılaraq dələduzların axtarışına başlanılıb . Çox kecməyib ki, 3 nəfərdən ibarət qrup rayonun digər ərazisində saxlanılaraq idarə etdikləri nəqliyyat vasitəsilə birgə polis şöbəsinə gətirilib.Maraqli məqamlardan biridə dələduzluq edən şəxslərin seçdikləri məkan, yaşadıqları yerdən xeyli məsafədə uzaq olmasıdır .
Dələduzluq edən şəxslərin saxlanmasından sonra şöbəyə daha iki nəfər dələduzlar tərəfindən aldadılması barədə şikayət edib .
Yoxlama zamanı dələduzluq edən şəxslərin üzərindən müxtəlif rayonlardan götürülmüş qəbzlərdə tapılıb.Bunlar Ağcəbədi , Tovuz ,Şəmkir, Gəncə kimi iri şəhərlərdə yaşayan insanlardan toplanmış qəbzlərdir .
Bu səbəbdəndə Qazax polisi bu şəxslər tərəfindən aldadılan və dələduzların toruna düşənlərdən qazax rayon polis şəbəsinə müraciət etmələrini xahiş edir .
Vasif Vaqifoğlu, Rəşad Əlisgəndərov
Qazax