Şəfəqə Doğru » Manşet » ƏN ÇOX CİNAYƏT TÖRƏDİLƏN RAYONLAR – SİYAHI

ƏN ÇOX CİNAYƏT TÖRƏDİLƏN RAYONLAR – SİYAHI

ƏN ÇOX CİNAYƏT TÖRƏDİLƏN RAYONLAR – SİYAHI
2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ötən il paytaxda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.
 
Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054  hadisə. 2015-ci ildə  Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445  cinayət hadisəsi törədilib.
 
Cinayətlərin ən az qeydə alındığı zona  Naxçıvan Muxtar Respublikasıdır. Statistikaya əsasən, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxşıvan şəhərində qeydə alınıb – 10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2,  Ordubad və Kəngərli rayonlarının hər  birində 1 hadisə qeydə alınıb.
 
Ötən il Şahbuz rayonunda heç bir cinayət törədilməyib.
 
Ən az cinayət hadisəsinin qeydə alındığı rayonlar:
 
Lerik –  40 hadisə
 
Yardımlı  – 48 hadisə
 
Zərdab – 64 hadisə
 
Oğuz – 71 hadisə
 
Siyəzən – 78 hadisə
 
Qobustan – 79 hadisə