Şəfəqə Doğru » Manşet » Gəncədə bıçaqla öldürülən qadının qatili saxlanılıb- Vuran da qadındır

Gəncədə bıçaqla öldürülən qadının qatili saxlanılıb- Vuran da qadındır

Gəncədə bıçaqla öldürülən qadının qatili saxlanılıb- Vuran da qadındır

Gəncə şəhərində 58 yaşlı qadını bıçaqlayaraq öldürən qonşusunun kimliyi məlum olub.

Prokurorluqdan  verilən məlumata görə, Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova öldürülüb. Zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

qafqazinfo