Şəfəqə Doğru » Manşet » Bal Yarmarkasının baş tutması Operativ Qərargahdan asılıdır

Bal Yarmarkasının baş tutması Operativ Qərargahdan asılıdır

Bal Yarmarkasının baş tutması Operativ Qərargahdan asılıdır

"Bu il bal yarmarkasının keçirilib-keçirilməyəcəyi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq”.

 

Bunu modern.az saytına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov bildirib.

 

V.Hüseynov deyib ki, yarmarkanın keçirilməsilə bağlı müsbət qərar verilərsə, arçılıq məhsullarının satışının təşkililə bağlı qurum öz üzərinə düşəni etməyə hazırdır.

 

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilən sərt karantin rejimilə əlaqədar 2020-ci ildə bal yarmarkası keçirilməyib. Yarmarka sonuncu dəfə 2019-cu il sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunub.