Şəfəqə Doğru » Manşet » İnternetin sürətinə görə dünyada 167-ci yerdəyik

İnternetin sürətinə görə dünyada 167-ci yerdəyik

İnternetin sürətinə görə dünyada 167-ci yerdəyik

Böyük Britaniyanın "Cable.co.uk" agentliyi yüksək sürətli internetlə bağlı dünya ölkələri üzrə statistikanı açıqlayıb.

 Qlobal İnternet Sürət Cədvəli 30 iyun 2021-ci il tarixinədək 224 ölkəni əhatə edən 12 ay ərzində 1,1 milyarddan çox sürət testi əsasında tərtib edilib.

Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinə görə, Azərbaycan internetin orta sürəti 6,63 Mbit/s olub. Nəticədə Azərbaycanın mövqeyi əvvəlki siyahı ilə müqayisədə 25 pillə geriləyib. Belə ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yerdə, 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə isə 102-ci yerdə olub.

"Cable"ın reytinq cədvəllərinə əsasən, son illərdə Azərbaycan internetin sürəti zəifləyib.