Şəfəqə Doğru » Manşet » “ZAVODDAKI PARTLAYIŞA GÖRƏ BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNACAQ” – MÜSAHİBƏ

“ZAVODDAKI PARTLAYIŞA GÖRƏ BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNACAQ” – MÜSAHİBƏ

“ZAVODDAKI PARTLAYIŞA GÖRƏ BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNACAQ” – MÜSAHİBƏ

Hərbi ekspert Üzeyir Cəfərov müsahibə verib. Müsahibəni təqdim edirik:

- Avqustun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun ilə görüşüb. Bu görüş barədə fikirlərinizi bilmək istərdik

- Türkiyə səfirinin Azərbaycan Müdafiə naziri ilə görüşü diplomatik missiyyasının başa çatması ilə bağlıdır. Amma digər tərəfdən də indiki dönəmdə Azərbaycanla Türkiyə arasında müzakirəsi vacib olan çoxsaylı regional məsələlər də var. Eyni zamanda Türkiyə, Azərbaycan və Gürcüstan birgə təlimlər planlaşdırmışdı. Bu barədə sənəd imzalandıqdan sonra Türkiyənin də müdafiə naziri dəyişib, Gürcüstanın da müdafiə naziri Tinatin Xidaşeli istefaya getdi. İndi yeni müdafiə nazirinin Azərbaycana səfəri planlaşdırılır. Yəqin ki, bu səfərin də detalları müzakirə edilib.