Şəfəqə Doğru » Manşet » Maşın yolunda oturaq aksiya keçirən şəxslə bağlı açıqlama - Video

Maşın yolunda oturaq aksiya keçirən şəxslə bağlı açıqlama - Video

Maşın yolunda oturaq aksiya keçirən şəxslə bağlı açıqlama - Video

Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşısında oturaq aksiya keçirən şəxslə bağlı görüntülər yayılıb. 

Görüntülərdə avtomobil yolunu kəsən hərbi formalı şəxs əlindəki əsanı qaldıraraq haqqının tapdandığını iddia edib: "Biz haqqımızı istəyirik, ədalət istəyirik. Vətənimizə atılan gülləni canımızla soyutmuşuq”.

Görüntüləri paylaşan sosial şəbəkə istifadəçiləri həmin şəxsin Qarabağ qazisi olduğunu, əlillik təyinatı ala bilmədiyi üçün aksiya keçirdiyini yazıblar. 

"Qafqazinfo" məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Agentliyin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov sorğumuza cavab olaraq bildirilib ki, sözügedən şəxs Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğludur və o heç vaxt hərbi səbəblərdən əlil olmayıb: "Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən 5 il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb. 2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik 5 il müddətinə uzadılıb. Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəblə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb. Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb”.

Agentlik rəsmisi həmçinin bildirilib ki, B. Mürsəlov bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib.


 

 
 
 

Gülnar Əliyeva