Şəfəqə Doğru » Manşet » SARKİSYAN RUSİYAYA GEDİR

SARKİSYAN RUSİYAYA GEDİR

SARKİSYAN RUSİYAYA GEDİR

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün avqustun 10-da Moskvaya işgüzar səfər edəcək.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

"Yüksək səviyyədə aparılacaq danışıqlar zamanı strateji tərəfdaş olan iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri müzakirə olunacaq”, -deyə məlumatda bildirilir.
Məlumata görə, prezidentlər həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.