Şəfəqə Doğru » Manşet » “ Ağstafa rayonunun Kürün o tayında olan kəndləri nəzarətdən tam kənarda qalıb xəstəxana və tibb məntəqələri niyə işləmir.

“ Ağstafa rayonunun Kürün o tayında olan kəndləri nəzarətdən tam kənarda qalıb xəstəxana və tibb məntəqələri niyə işləmir.

“ Ağstafa rayonunun  Kürün o tayında  olan kəndləri nəzarətdən tam kənarda qalıb xəstəxana və tibb məntəqələri niyə işləmir.

" Ağstafa rayonunun  Kürün o tayında  olan kəndləri nəzarətdən tam kənarda qalıb xəstəxana və tibb məntəqələri niyə işləmir.

 

Bu  günlərdə redaksiyamıza ağastafa rayonunun Kür çayının  sol sahillərində yerləşən Gürcüstanla həmsərhəd olan kəndlərdəki xəstəxana və məntəqələrdən,uşaq baxcalarından və körpələr evindən intensiv olaraq, ilginc məlumatlar daxil olmaqdadır.

  Məlumatda göstərilir ki,məntəqələrdə saat 12-yə qədər işçilərdən olsa da, saat 1-dən sonra məntəqə və xəstəxanalar bağlı olur. Hətta ,redaksiyamızın əməkdaşları  tərəfindən  aparılan araşdırmalar nəticəsində heç gün ərzində bəzi məntəqələrin açılmadığı aşkarlanmışdır. Zatən bir-iki nəfər işdə olsa da, onlar da heç bir  işə yaramır. Çünki,xəstələrə yardım üçün nə bir dərman preparatı,nə də yardım göstərəcək,həkim var.Və  orada digər neqativ hallar barədə də ,sürəkli məlumatlar daxil olur.Faktla əlaqədar olaraq, redaksiyamız tərəfindən bölgə müxbirimiz Laçın Yolçuyeva araşdırma aparmaq üçün həmin kəndlərdə olmuş və yazılanlar artıqlaması ilə öz təstiqini tapmışdır.Məsələn ,Fazil Babanlı adına Muğanlı kənd xəstəxanasında olmuş və yalnız xəstəxananın həyətində ot biçən Aydın Babanlı adında birisiylə söhbət etməyə müfəvəq olmuşdur.Həmin şəxs özünü  xəstəxanada təsərüfat işləri müdür  kimi təqdim etmişdir.Və iki nəfər şəfqət bacısı və iki nəfər də xadimə var imiş.Həkimlərdən isə, heç  kim yerində olmamış və qapılar bağlı olmuşdur.Müxbirimiz xəstəxananın baş həkimi İlham Sofiyevin telefon nömrəsini əldə etmiş və ona zəng edərək, harada olduğunu və müsahibə götürmək üçün görüşmək istədiyini bildirmişdir.Lakin İlham Sofiyev mənim heç bir jurnalistə veriləsi cavabım yoxdur.Gedin nə istəyirsiz yazın mənim sizə ayıracaq vaxtım yoxdur.İcra başçısı barama verib, biz barama saxlamaqla məşğuluq.Bəs xəstəxana necə olacaq, işləməyəcək?- sualıma isə bilmirəm mən barama saxlayıram demiş və telefonu üzünə qapatmışdır.Anladığımız bu ki,İlham Sofiyev icra hakimiyəti başçısı onlara barama saxlamağı göstəriş  vermişdir deyə onun acısını da bizim müxbirimizdən çıxıb.Bir şey demirik onlar barama saxlamağında olsun, bəs bu kəndin xəstələri nə etsin? Daha sonra isə müxbirimiz eyni ərazidə yerləşən qonşu kəndlər ,Köçvəlli və Saloğlu kəndlərində olmuş və daha acınacaqlı vəziyyətlə üzləşmişdir.Məsələn , Köçvəlli kənd sakinləri məntəqənin adı var özü olmadığını söyləmişdir.Umumiyətlə işləmədiyini demişdir.Saloğlu kəndində isə ,ondanda betər olduğunu müxbirimiz saat 2-dən 6-ya qədər, nə qədər çaba göstərsə belə, məntəqədə bir nəfər tapa bilməyib ki,müsahibə götürsün .Yalnız qapısı bağlı qalmış məntəqənin foto şəkillərini götürə bilmişdir.Kənd sakinləri isə ürəklərini boşaladaraq,məntəqənin heç bir fəaliyəti olmadığını və işçilərin evində oturaraq ,ölü can kimi maaş aldıqlarını söyləmişlər.Hətda  bir neçə gün öncə qan təziqindən  halı pisləşmiş  kənd sakini Aydın Əliyevi məntəqəyə gətirmişlər və heç kim olmadığından xəsdəyə yardım göstərilməmişdir.Xəstənin qohumları təcili yardım üçün Ağstafa rayon mərkəzi xəstəxanasına belə müraciət etmişlər.Oradan da, yardım gəlməmiş,və uzun sürə  tibbi yardım  ala bilməmişdir.  Bu adı çəkilən ,uzaq kənddə yaşayan xəstə şəhər xəstəxanasına yetişdirilincəyə qədər yüksək qan təziqindən iflic  olmuşdur. Hal-hazırda evində yatır.Əziz oxucular biz gördüyümüzü və bildiyimizi yazdıq.Eyni zamanda bu söylənənlərə açıqlama gətirmək üçün adı çəkilən kəndlərdə nə bir icra nümayəndəsi nə bir bələdiyyə sədrini   beş saat müxbirimiz orada olmağına baxmayaraq,yerində  tapa bilməmişdir.Sanki həmin kəndlərdə həyat sönüb,  tam yiyəsizlik hökm sürür. Orada nə insanların qeydinə qalan var nə xəstələrin nədə ki,mətbuatı vecinə alan var.Özlərinin dediyinə görə, orada yalnız icra başçısı eşidilir.İcra başçısı isə İlham Sofiyevin dediyinə görə hal- hazırda baramaların qayğısıyla məşğuldur. Gərçi yazacaq olursaq, İlham Sofiyev  həm baş redaktorumuzu həmdə müxbirimizi təhqir edərək, bizi qorxunc ifadələrlə təhtid etdi.  Bəzi səbəblərdən biz araşdırmalarımızı  bir sürə qəzetmizdə dərc edə bilmədik. <!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] --> <!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->

dərc edə bilmədik. İki –üç ay keçməsinə rəğmən bizə həmin kəndlərdən müraciətlər daxil oldu. Hətta ,bizi qorxaqlqda belə ,suçladılar.Haqlı idilər. Redaksiyamız isə,təkrar əməkdaşlarımızı arşdırma üçün həmin kəndlərə ezamiyyə etdik .Eyni şeylər olduğundanda betər özünü biruzə verdi.Artıq olan şəkildə göründüyü kimi ,ikinci mərtəbədəki doğuş otağı ilə üzbə-üz olan  palatalardan barama tərəcələrinin hələdə sökülməməsidir.Çox eybəcər bir görüntü var idi.Baş həkim İlham Sofiyev həmişəki kimi öz yerində yox idi.Onu əvəzləyən özünü təqdim etmək  istəməyən həkim xanım Sofiyevin məzunuyyətdə olduğunu söylədi.Və mümükün qədər suallarımızı tapıb onun özünə ünvanlamamızı bizdən xahiş etdi. Nə qədər telefon əlaqəsi yaratmaq istəsək də ,İ.Sofiyev  telefonumuzu qaldırmadı.  Biz isə, bu dəfə  araşdırmamızın nəticəsini  yazırıq. Görək, Səhiyyə Nazirimiz  cənab Oktay Şirəliyev,Ağstafa rayon İH başçısı Məhərrəm Quluyev və digər adiyatı qurumlar bu məsələ ilə yaxından maraqlanıb öz fikirlərini necə bildirəcəklər.Onu da qeyd edək ki, adı çəkilən həmin kəndlərin sakinləri də redaksiyamızdan artıq dərəcədə xahiş edərək  yazıb, adı çəkilən qurumlara  çatdırmamızı söylədilər.  Daha sonra əməkdaşlarımız Saloğlu tibb məntəqəsində olmuş və məntəqə tamamilə qapalı olduğu  aşkarlanmışdır.Həmin kənddə uşaq baxcası  və körpələr evi də tamamilə qapalı olmuşdur.Redaksiyamız tərəfindən aparılan bu son araşdırmalar  10.08-2016-cı il tarixdə gerçəkləşmişdir.Bu faktla əlaqədar isə ,Saloğlu kənd icra nümayəndəsi Cavad ismayılova telefon əlaqəsi yaratdıq.Ötən dəfədəki olduğu kimi ;-əşşi gedin nə yazırsınız yazın .İcra başçısı hər gün bizi tədbirə iclasa,tədbirə çağırır.Heç qoyur ki,biz baxçamıza ,məntəqəmizə baxaq,deyərək telefonu üzümüzə qapatdı.Sanki icra başçısına olan hirsini bizdən çıxardı. Vallah bizə elə gəldiki, atalar demişkən ,”bu adamların heç bir yerlərinə soyuq it burnu dəyməyib. "Bunlar nə deyə ,mətbuatı saya salmırlar.Hətta Muğanlı kənd xəstəxanasında adının çəkilməməsini xahiş edən bir şəfqət bacısı rayonun baş həkimi, İlham  Mustafayevin Muğanlı kənd xəstəxanasında olarkən ,xəstəxanamızın bütün işçilərinə  tapşırığını da bizə söylədi.”Buraya hər hansı bir jurnalist gəlsə, içəri buraxmyın və döyüb , qovun getsin ". Baş həkimin  də kimə arxalandığını da bilmirik. Həmin xəstəxananın isə xəstəxanalıq  bir durumu yox idi.

<!-- [if gte vml 1]> <!-- [if !vml] --> <!-- [endif] -->

Mövzuya qayıdacayıq.

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.