Şəfəqə Doğru » Manşet » Daş Salahlı kəndinin “Akkord Sement zavodu “bəlası.

Daş Salahlı kəndinin “Akkord Sement zavodu “bəlası.

Daş Salahlı kəndinin “Akkord  Sement  zavodu “bəlası.

                                                

     Qazax rayon Daş Salahlı kəndinin şimal tərəfində ,kəndə bitişik tikilmiş  "Akkord  Sement "zavodu "illərdir sanki bu kəndə hər sahədə zərər vermək üçün ,tikilmişdir deyə,redaksiyamıza kənd camaatı mütamadi olaraq ,şikayətlənirlər.

  Zavodun ağır tonlu yük daşıyan avtomobil və digər texnikalarına dözməyən kəndin asfalt yolları tez-tez dağılır və kənd camaatının haqlı narazılığına baxmayaraq,vaxtlı-vaxtında təmir etmirlər.

 Sakinləri ən çox narazı salan (hətta hiddətləndirən desək daha doğru olar)səbəb isə zavodun tozudur.Xüsusəndə  kəndin zavoda daha  yaxın olan  tərəfində sakinlərin dediyinə görə vəziyyətləri toz əlindən yaşanmaz hala gəlib.Çünki, mütəxəsislərin dediyinə görə ,təmizləyici filtirlər zamanında dəyişdirirlmir.Yəni zavod rəhbərliyi həmin filtirləri dəyişmək üçün ,vəsait ayırmaq isdəmir.

 Kənd sakinləri onuda qeyd edir ki,sementin istehsalı hər gecə saat 12-00 radələrindən sonra başlayır və səhər saatlarına qədər işləyir.Bunun səbəbi odur ki,kənd camaatı səmaya qalxan və kəndi   bürüyən tozu görə bilməsin.Lakin, gizlədiləcək bir görüntü olmadığına görə,hər şey göz qabağındadır.Kənd camaatının ən çox narazılığından biri də son illər meyvələrindən məhsul  götürə bilməməsidirki ,ona da səbəb sementin tozudur.Hətta çox adamlar ağacların vaxtsız qurumasından şikayətlənir.

  Bütün bu səbəblərdən redaksiyamıza müraciət edən Daş Salahlı kənd sakinləri  qəzetimiz vasitəsi ilə,qarşılaşdıqları bu problemləri işıqlandırmamızı xahiş edirlər.

  Mövzuya qayıdacayıq.

Qarşı tərəfi də dinləyib dərc etməyə hazırıq.

                                                                                    Neymət. Novruzlu.