Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 14 hərbi qulluqçu həlak olub.
Shafaqadogru.com xəbər verir ki, bununla bağlı status paylaşan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev telekanalların əyləncəli verilişlər yayımlamasını tənqid edib:
"Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir? Doğrudanmı ANS-dən vaxtında heç bir şey öyrənmədiniz??? WhatsApp-la mediaya nəzarət etmək sistemi növbəti dəfə özünü doğrultmadı. Ayıbdır, Vallah! 14 yüksək rütbəli zabitimiz Şəhid olub!!! Allah rəhmət etsin!”