Şəfəqə Doğru » Manşet » Səfər Mehdiyevdən deputatlara "fırıldaqçılıq" iddiası - "Bu fırıldaqçılar nə edirdilər..."

Səfər Mehdiyevdən deputatlara "fırıldaqçılıq" iddiası - "Bu fırıldaqçılar nə edirdilər..."

Səfər  Mehdiyevdən deputatlara "fırıldaqçılıq" iddiası - "Bu fırıldaqçılar nə edirdilər..."

"Milli Məclisin bəzi deputatları qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı".

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az saytına verdiyi müsahibədə şəxsi istehlak üçün xarici ölkədən poçt üzərindən alış-verişə 300 dollarılıq limitin qoyulması barədə qərarı şərh edərkən bildirib.

 Komitə sədri deyib ki, həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccüblənib, hətta məyus  olub:

"Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox.  Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib”.