Şəfəqə Doğru » Manşet » Ziya Məmmədovun karyerasına zərbə

Ziya Məmmədovun karyerasına zərbə

Ziya Məmmədovun karyerasına zərbə

Nəqliyyat naziri Türkiyədən dəstək gözləyirdi, amma indi təhlükə ilə üz-üzədir

 


Nəqliyyat naziri Ziya Məmmədov üçün ciddi təhlükə yarandığı barədə məlumat vermişdik. 

Məlumatda deyilirdi ki, Türkiyədə fəaliyyət göstərən və Fətullah Gülənə yaxınlığı ilə seçilən Türk-Amerikan Alyansı ilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı ciddi işbirliyində olub.

Bundan başqa, Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bağlanan "Qafqaz” Universitetinin bəzi layihələrinin maliyyələşməsində Anar Məmmədovun böyük rol oynadığı üzə çıxıb. Ziya Məmmədov London taksilərinin ilkin idarəçiliyini də Gülənə yaxın şəxslərdən birinə tapşırıb. Söhbət "Baku Taxi Company”nin sabiq rəhbəri Ilqar Qasımovdan gedir. Bir neçə il bundan əvvəl hakimiyyət daxilində "nurçu qalmaqalı” yaşananda Ziya Məmmədov işdən çıxarıb. O zaman yayılan məlumatlarda da Ilqar Qasımovun işdən çıxarılması "gülənçilər”lə bağlı olması ilə izah edilirdi.

Həmin vaxt iddia edilirdi ki, nazirin köməkçisi Ziya Əliyev də "gülənçilər”lə əlaqəlidir.

Məlumatlı mənbə bildirir ki, Binəli Yıldırım Türkiyənin baş naziri təyin ediləndə Ziya Məmmədov hökumətdəki əvvəlki nüfuzunu bərpa edəcəyinə ümid edirdi. "Çünki Türkiyənin baş naziri ilə Ziya Məmmədov arasında sıcaq münasibətlər var. Təsadüfi deyil ki, Binəli Yıldırım Azərbaycana səfər edərkən Ziya Məmmədovla xüsusi olaraq görüşmüşdü. Ziya Məmmədov hesab edirdi ki, Türkiyə hakimiyyətinin dəstəyilə itirmiş nfuzunu yenidən bərpa edə bilər. Lakin nazirin adının ”gülənçilər”lə hallanması ona böyük zərbədir”, – deyə mənbə əlavə edib.