Şəfəqə Doğru » Manşet » Pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum oldu-Siyah;

Pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum oldu-Siyah;

Pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum oldu-Siyah;

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.

Həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.

Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.

Həmin hakimlərin adlarını təqdim edirik:

1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi

3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib/// qafqazinfo