Şəfəqə Doğru » Manşet » Evində avtomat saxlayan şəxs həbs edilib

Evində avtomat saxlayan şəxs həbs edilib

Evində avtomat saxlayan şəxs həbs edilib

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az saytına bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb. Daha sonra RPŞ-yə gətirilən D.Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

 

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı "Kalaşnikov” aşkar edilərək götürülüb.

   

Faktla bağlı araşdırmalar davam etdirilir.