"Aprel şəhidlərinin ailələrinin probleminin əsas günahkarı Müdafiə Nazirliyidir”
Politika.Az-ın xəbərinə görə, bunu Qarabağ veteranı, tanınmış jurnalist Rey Kərimoğlu Feysbukda yazıb.
Onun sözlərinə görə, qüsurları aradan qaldırmaq lazımdır, insanları şantaj eləmək yox:
"Şəhid ailələrinin, Qarabağ əlillərinin problemləri dünən də olub, bu gün də var. O cümlədən, aprel döyüşlərində şəhid olanların ailələrinin problemləri var. Amma bu problemin böyük əksəriyyətini onlara Müdafiə Nazirliyi yaradıb.
Hamıya bəlli olan faktları onlara yaxın adamların vasitəsi ilə başqa cür təqdim edirlər, şərhlər verirlər. Guya camaatın gözü kordur. Uzun illər bu sahədən çalışan birisi kimi, öz fikirlərimi yazıram. Problemi malalmaq olmaz, həll etmək lazımdır”.
R.Kərimoğlu bildirib ki, obyektiv və subyektiv səbədən aprel şəhidlərinin ailələrinə qarşı olan biganəliklə bağlı statuslarımı dayandırmışdı: "Həm də düşündük ki, Müdafiə Nazirliyindəki bəzi adamlar səhvlərini anladılar. Amma yox, belə deyilmiş, bu adamlar səhvlərini anlamayıblar. Əksinə Müdafiə Nazirliyindəki "O" filankəs" adı ilə çağrılanların hazırladığı yazılar, açıqlamlar yayılır.
Və Nəcməddin Sadıqovun illərdir ədavət apardığı şəhid zabitin ruhunu incidirlər. Ayıbdır. Yığışdırın bunları. Siz və süfrənizdən yalladıqlarınız o zabitlərin, əsgərlərin çölə atılan dırnağına belə dəyməzsiniz!
Biz dövlətimizə sadiq və ürəkdən bağlı adamlarıq. Bir tikə çörəyə möhtac ediləndə də sadiq olmuşuq. Bizdən "xoxan" obrazını yaratmağa da cəhd etməyin! Dövlətimiz, onun rəhbəri İlham Əliyev Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə çalışır, sərəncam və fərmanlar imzalayır”.