Şəfəqə Doğru » Manşet » NAZARBAYEVİN QIZINDAN QAZAX XALQINA "TƏŞƏKKÜR" YAZISI

NAZARBAYEVİN QIZINDAN QAZAX XALQINA "TƏŞƏKKÜR" YAZISI

NAZARBAYEVİN QIZINDAN QAZAX  XALQINA  "TƏŞƏKKÜR"  YAZISI

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə ölkədə baş verən son hadisələrdən narahat olduğunu bildirib. O, atasına verdiyi dəstəyə görə Qazaxıstan xalqına təşəkkür edib.
 Aliyə bu barədə özünün Facebook səhifəsində yazıb.

- Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə izləyirəm. Hadisələrin qurbanları, verilən itkilər üçün ağrı və təəssüf hissini ifadə etməyə söz tapmıram. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm,-Nazarbayevin qızı deyib.

O atasına göstərilən dəstəyə görə də təşəkkür edib.

- Ümid edirəm ki, bu qəddar dərs hamımız üçün tariximizdə sonuncu olacaq. İnsanların dinc dövrdə ölməsi düzgün deyil. Sizdən aldığım dəstəyə görə təşəkkür edirəm. Həmçinin atama göstərdiyiniz mənəvi dəstəyə görə də təşəkkür edirəm. O, bu günlərdə müxtəlif bölgələrin sakinlərindən mesajlar alır-, Aliyə yazıb.

Qeyd edək ki, Qazaxıstanın eks-prezidentinin kiçik qızının 41 yaşı var. O, bizneslə yanaşı, xeyriyyəçiliklə məşğuldur, həmçinin filmlərə prodüserlik də edir. Aliyə 2017-ci ilin noyabrından yaradılmış Qazaxıstan Prezidentinin Ətraf Mühit Təşkilatları Assosiasiyasına rəhbərlik edir // azvision.az