Bu gün ölkə prezidenti İlham Əliyevin də iştirakı ilə, yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma” qovşaq yarımstansiyasının açılışı baş tutub.
"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib. İlham Əliyev yarımstansiyanı işə salıb.
Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.
Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb // qafqazinfo