Şəfəqə Doğru » Manşet » İPƏ SƏRİLMİŞ PALTARLARI OĞURLAYAN QADIN SAXLANILIB

İPƏ SƏRİLMİŞ PALTARLARI OĞURLAYAN QADIN SAXLANILIB

İPƏ SƏRİLMİŞ PALTARLARI OĞURLAYAN QADIN SAXLANILIB

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub.

 

 

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3  evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.