Şəfəqə Doğru » Manşet » AVTOQƏZA İKİ KƏNDİ İŞIQSIZ QOYDU

AVTOQƏZA İKİ KƏNDİ İŞIQSIZ QOYDU

AVTOQƏZA İKİ KƏNDİ İŞIQSIZ QOYDU

Kürdəmirdə avtomobil qəzası nəticəsində bir nəfər yaralanıb, iki kənd işıqsız qalıb.

Hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomaşının sürücüsü 27 yaşlı Məmmədov Elçin Rauf oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı işıq dirəyi aşıb və həmin istiqamətdə rayonda yerləşən Aqroparka və Ərşəli kəndinə gedən elektrik enejisinin verilişində fasilələr yaranıb.

Hazırda işıq xəttinin bərpa edilməsi istiqamətində işlər davam edir.

Hadisə zamanı avtomobildə olan sərnişin Qaradağ rayon sakini 19 yaşlı Abasov Nicat Səxavət oğlu müxtəliuf dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb// report