Şəfəqə Doğru » Manşet » AZƏRBAYCANLI MÜĞƏNNİ KONSERTİNİ TƏXİRƏ SALDI – LƏNKƏRANSKİYƏ GÖRƏ

AZƏRBAYCANLI MÜĞƏNNİ KONSERTİNİ TƏXİRƏ SALDI – LƏNKƏRANSKİYƏ GÖRƏ

AZƏRBAYCANLI MÜĞƏNNİ KONSERTİNİ TƏXİRƏ SALDI – LƏNKƏRANSKİYƏ GÖRƏ

Müğənni Mirkamil Kamilov Nabranda bu gün baş tutacaq konsertini təxirə salıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb isə Türkiyədə azərbaycanlı avtoriter Rövşən Lənkəranskinin (Canıyev) öldürülməsi olub:

"Avqustun 20-də Nabranda keçiriləcək solo konsertimizi təxirə saldıq. İnanıram ki, məni anlayışla qarşılayacaqsınız. Səbəbinə gəldikdə isə, bu son günlərdə duyduğumuz acı bir xəbər oldu. Bilet əldə edən bütün insanlardan üzr istəyirəm”.

Bundan əvvəl isə müğənni R.Canıyev haqda yazıb:

"Böyük və dəyərli qardaşım, hər zaman cismində, qəlbində, gözlərində və ruhunda haqq olan qardaşım. Allah səni haqq dərgahından biz qardaşlarına dayaq göndərmişdi, saysız dərəcədə haqqı tapdanan insanlara kömək əli uzatdın, dayaq durdun, böyük qardaşlıq etdin. Allah bu saleh əməllərinə görə sənə öz haqq və rəhmət dərgahında ən üstün mərtəbələri layiq görər inşallah…”
Azərbaycanlı müğənni konsertini təxirə saldı - Lənkəranskiyə görə