Şəfəqə Doğru » Manşet » BAKIDA NƏCMƏDDİN SADIKOVUN İŞTİRAKI İLƏ AVTOQƏZA BAŞ VERİB

BAKIDA NƏCMƏDDİN SADIKOVUN İŞTİRAKI İLƏ AVTOQƏZA BAŞ VERİB

BAKIDA NƏCMƏDDİN SADIKOVUN İŞTİRAKI İLƏ AVTOQƏZA BAŞ VERİB

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

 Bakupost.az-a istinadən yayılan xəbərdə  bildirilir  ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi 10-da baş verib.

Belə ki, "Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.