Şəfəqə Doğru » Manşet » DEPUTATIN ÖLÜMLƏ HƏDƏLƏNMƏSİNƏ DAİR DİN-DƏN AÇIQLAMA

DEPUTATIN ÖLÜMLƏ HƏDƏLƏNMƏSİNƏ DAİR DİN-DƏN AÇIQLAMA

DEPUTATIN ÖLÜMLƏ HƏDƏLƏNMƏSİNƏ DAİR DİN-DƏN AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib.

 

"Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən. 

 

Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm", - deputat məlum videoda bu sözləri deyib.

  

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mövzuyla əlaqədar olaraq açıqlama verərək  bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət daxil olmayıb.

 

modern.az