Şəfəqə Doğru » Manşet » SURAXANIDA ŞİRKƏTƏ MASKALI QULDURLAR BASQIN EDİB

SURAXANIDA ŞİRKƏTƏ MASKALI QULDURLAR BASQIN EDİB

SURAXANIDA ŞİRKƏTƏ MASKALI QULDURLAR  BASQIN EDİB

Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.

 

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.

 

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.