Şəfəqə Doğru » Manşet » TƏSDİQLƏNDİ- QAZAXISATNIN SABİQ MÜDAFİƏ NAZİRİ HƏBS EDİLİB

TƏSDİQLƏNDİ- QAZAXISATNIN SABİQ MÜDAFİƏ NAZİRİ HƏBS EDİLİB

TƏSDİQLƏNDİ- QAZAXISATNIN SABİQ MÜDAFİƏ NAZİRİ HƏBS  EDİLİB

Qazaxıstan Respublikasının Baş Prokurorluğu sabiq müdafiə naziri Murat Bektanovun həbsini təsdiqləyib.

 Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sabiq nazir müvəqqəti saxlama təcridxanasına salınıb.

"Fevralın 19-da keçmiş müdafiə naziri Murat Karibayeviç Bektanovun xidməti fəaliyyətindəki hərəkətsizliyi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlanılıb.

Fevralın 20-də bu cinayəti törətməkdə şübhəli bilinən Bektanov saxlanılaraq, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - rəsmi məlumatda deyilir.


Xatırladaq ki, Murat Bektanov yanvarın 19-da prezidentin sərəncamı ilə müdafiə naziri vəzifəsindən azad edilib. Əvvəllər daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Ali Baş Komandanı vəzifəsini tutan Ruslan Jaksılıkov yeni nazir olub.

 

Daha sonra prezident Kasım-Jomart Tokayev bildirib ki, Murat Bektanov Qazaxıstandakı iğtişaşlar dövründə komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.

 

"Bizim sərəncamımızda komanda-qərargah və hərbi təlimlərdə yaxşı nəticələr göstərən orduya malik olduğumuz üçün biz kritik vəziyyətdə onun potensialından istifadə edə bilmədik və kənardan köməyə əl atmağa məcbur olduq”, - prezident Tokayev bildirib.