Şəfəqə Doğru » Manşet » Qənimət Zahid hökumətin “Gülən” əməliyyatını darmadağın etdi. Sensasion faktlar, bumeranq effekti VİDEO

Qənimət Zahid hökumətin “Gülən” əməliyyatını darmadağın etdi. Sensasion faktlar, bumeranq effekti VİDEO

Qənimət Zahid hökumətin “Gülən” əməliyyatını darmadağın etdi. Sensasion faktlar, bumeranq effekti VİDEO

  Zakir Qaralov, Anar, Rəşad Məcid, Fətullah Gülən, Faiq Əmirli və başqaları

«Azadlıq»ın direktorunun «ideya ortaqları» haqqında yüngülvarı araşdırma


 Azadlıq» qəzetinin direktoru Faiq Əmirlini həbs etdilər. Səbəb: Fətullah Gülənin kitabını maşının yük yerində gəzdirirmiş. Yaxşı ki, maşının yük yerindəymiş. Bəziləri onu ürəyinin başında gəzdirirmişlər və əgər Faiqin də maşınının yük yerində yox, evində, kitab rərəfində olsaydı, o zaman yəqin ki, onu dərhal gedər- gəlməzə yollayardılar.

 

 Zavallı hüquq belə deyir

Bu məsələ ilə bağlı diqqətimi çəkən ilk açıqlama sayğılı vəkil Bəhruz Bayramovun dedikləri oldu:

«Hesab edirəm ki, Faiq Əmirlinin həbsi tam qanunsuzdur. Əvvala, ona diqqət çəkək ki, cinayət işi xaricdə başlanıb. Xaricdə başlanan cinayət işi əsasında Azərbaycan vətəndaşlarının həbs olunması üçün çox cddi əsaslar lazımdır. Məsələn, Türkiyə hüquq mühafizə orqanları cinayətdə iştirakçı olan şəxslərin adlarını, cinayət iştirakçısı olmalarını əsaslandıran konkret dəlilləri Azərbaycan tərəfə təqdim etdikdən sonra Azərbaycan tərəfi hüquqi addımlar ata bilər. Faktiki belə bir hal yoxdur. Faiq Əmirlinin məhz bu ittihamla saxlanılması tam qanunsuzdur. İkinci tərəfdən, əgər Azərbaycan hakimiyyəti hesab edirsə ki, Fətullah Gülənə yaxın, onun kitablarını oxuyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır, o zaman, Milli Məclis qərar qəbul edib Fətullah Güləni terrorçu şəxs, təşkilatını isə terrorçu təşkilat kimi tanımalıdır. Azərbaycan hakimiyyəti mövcud Konstitusiyaya, Cinayət Məcəlləsinə və qəbul olunmuş normativ hüquqi aktlara hörmətlə yanaşmalıdır. Insanları belə gülünc ittihamla, həm də heç bir araşdırma, dəlil olmadan həbs etmək, biabırçılıqdır».

Qısa, lakonik, hüquqi baxımdan ən sanballı şəkildə təsbit edilmiş, əsaslandırılmış fikirlərdir və düşünürəm ki, digər hüquqşünaslar da bu məsələ ilə bağlı yeni arqumentlər əlavə edəcəklər.

Niyə bəri başdan vəkilin açıqlamasını xatırladıram, çünki, presedentlər teoriyasına görə bu yazıda adını çəkəcəyim başqalarına da hüquq normalarını aid etdiyimi vurğulamaq istəyirəm. Yəni, Fətullah Gülənə münasibətinə görə Azərbaycanda kimlərinsə istintaqa çəkilməsi üçün hökumət heç bir normativ hüquq bazası yaratmayıb.

Fətullah Gülənin kitablarını haradan almaq olar?

Buna görə də, hətta həqiqətə heç bir yaxınlığı olmasa da, tamamilə şər olduğunu gerçəkdən bilsəm də, ehtimal edək ki, Faiq Əmirlinin maşının baqajında Fətullah Gülənin kitabı olub. Təkrar edirəm- avtomobilinin yük yerində! Bu kitabı küçədə uca səslə oxumayıb, onu başqalarına təklif etməyib, təbliğatı ilə məşğul olmayıb… sadəcə avtomobilinin yük yerinə atıb və o kitablar da orda qalıb. (Bir daha təkrar edirəm ki, Faiq Əmirlinin avtomobilinin yük yerində Fətullah Gülənin hər hansı kitabı ola bilməzdi və bu, qupquru böhtandır).

Yaxşı, bəs Faiq bu kitabı hardan ala bilərdi? Ümumiyyətlə, indi Azərbaycanda Fətullah Gülənin kitablarını əldə etmək bu qədərmi çətindir, mümkünsüzdür ki, onu hətta kriminallaşdırmaq da mümkün olsun.

Faiq Əmirlinin «avtokitabxanası»nın kartoteka bilgiləri

faiq-amirli

Vəkilə tövsiyyə edirəm ki, həmin kitabın nə zaman və harada dərc edildiyinə baxsın və yəqin ki, artıq, bu, sənədləşdirilib. Yəni, Faiq Əmirliyə qarşı ittihamın ilkin eskizində qeyd edilib ki, onun maşının yük yerində tapılan kitabların adı nə idi, nə zaman və harada, hansı nəşriyyatda nəşr edilib, tərtibçisi və ya redaktoru kimdir, tərcüməsi kimə məxsusdur və sairə. (Kitabxanaçılıq işindən bir az başım çıxır).

Vəkilin dediyinə görə, bu kitablardan ikisi Azərbaycan dilində idi və deməli, onlar Azərbaycanda nəşr edilib. Həmin Nəşriyyatın sahibləri məsuliyyətə cəlb edilibmi? Azərbaycanda Fətullah gülənin kitablarını oxumaq qadağan edilibmi və hansı tarixdən etibarən qadağan edilib? Bunlar ümumi suallardır.

İttihamı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi irəli sürüb və yəqin ki, istintaqı da onlar aparacaqlar. Bu İdarənin hörmətli müstəntiqlərinə az əvvəl xatırlatdığım suallarla yanaşı bəzi məlumatlar da verməyi özümə borc bilirəm. Bu məlumatlar Faiq Əmirlinin üzərinə qoyulan cinayət işinin açılmasına yardım edər.

Zakir Qaralov və Fətullah Gülən arasındakı bağlardan biri

Birinci məlumat bundan ibarətdir ki, Fətullah Gülənin Faiq Əmirlinin avtomobilinin yük yerinə qoyulan kitabının redaktoru cənab baş prokuror Zakir Qaralovun doğmaca əmisi mərhum Zahid Qaralovdur. Doğrudur, Zahid Qaralovun əməllərinə görə Zakir Qaralov məsuliyyət daşımır, amma mərhum Zahid Qaralovun əməllərinə görə Faiq Əmirli niyə məsuliyyət daşımalıdır ki?

Şaşırmayın. Faiq Əmirlinin avtomobilinin yük yerindən tapılan «Fətullahnamə»nin redaktoru Baş prokurorun əmisi Zahird Qaralovdur. Kitabın adı «Mədəniyyətlər dialoqu : Gülənin İslam təlimi və humanizm anlayışı”dır.

Kitabın müəllifi B. Cill Karrol adlı ingilisdir, onu ingilis dilindən İ. Abdulla adlı cənab tərcümə edib və elmi redaktoru da mərhum Zahid Qaralovdur.

Bu kitab 2011- ci ildə Bakı şəhərində dərc edilib, 156 səhifədir. Kitab hal- hazırda Axundov adına Milli Kitabxananın fondunda var və istənilən oxucu onu istənilən zaman sifariş verib götürüb oxuya bilər. Orada çoxlu başqa Fətullahnamələr də var.

İlham Əliyevin təbliğat generalları Faiqin tərəfinə keçəcəkmi?

Faiq Əmirlinin maşının yük yerinə əşyayi- dəlil kimi atılan ikinci kitab «Fətullah Gülənlə 11 gün» adlanır. Bu kitabın təqdimatını oxuyanlar onun hər hansı kriminalla bağlı olmadığını qətiləşdirib kitabın özünü iştaha ilə vərəqləyə bilərlər. Təəssüf edirəm ki, Faiq Əmirlinin mütaliə həvəsi olmayıb və olsa belə, Fətullah Güləni oxuyacaq qədər səbr yiyəsi deyil. Amma Azərbaycanın mötəbər adamlarının adını çıkildiyi bu kitabı bir başqasının maşınının yük yerinə şantaj vasitəsi kimi atmaq əbləhlikdir. Fətullah gülənlə 11 gün adlı kitabın öz sözündə belə yazılır: «Mən dəfələrlə «Dialoq Avrasiya» Forumunun tədbirlərinin iştirakçısı olmuşamForuma Çingiz Aytmatov,AnarİlbərOrtaylıRostislav Rıbakov kimi şəxslər sədrlik ediblər.Tədbirlərə Avrasiyanın 40ölkəsindən yüzlərlə intellektual qatılıbElə Azərbaycandan da fəal ziyalıların əksəriyyəti bu toplantılarda iştirak edibBir dəfə də olsun bu tədbirlərdə hansısadinin, hansısa şəxsin təbliğatının aparılması halı ilə üzləşməmişəm.

Əgər qısa müddətdə dünyanın 100-dən çox ölkəsində məktəblər açıb türk dilini dünya dilinə çevirməkdirsə nurçuluq, mən bu nurçuluğu alqışlayıram!

Əgər Avrasiyanın 40-dan artıq ölkəsindən ziyalılarıbir yerə toplayıb günümüzün problemlərini müzakirə etməkdirsə nurçuluq,mən bu nurçuluğu bəyənirəm!

Hüseyn Dinləməz Xəzər TV-nin rəhbəridir. Həyatımda gördüyüm ən dürüst, ən saf, səviyyəli, tərbiyəli insanlardan biridir! Əgər nurçu Hüseyn Dinləməzdirsə, mən onun tərəfindəyəm!..

Qaldı Rəcəb Tayyib Ərdoğana və Türkiyədəki siyasi davalara, hələ bu proseslərin ilkin mərhələsində Anar müəllimin bir nigarançılığının şahidi oldum. Dedi ki: «Qorxuram məsələ böyüyə, bu universitetləri, məktəbləri bağlayalar. Heyifdi!». Düzü, mən vəziyyətin bu hal alacağını təsəvvür eləmirdim. Görünür yaş, təcrübə insanın intuisiyasını daha da gücləndirir.

Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyib bəy son bir ildir, səhv buraxa-buraxa gedir»!.. 


Faiq Əmirlinin maşınını baqajına basılmış bu kitabın ön sözünün tədqim edilən (parçalarla) müəllifi sayğılı Rəşad Məciddir. 525- ci qəzetin dəyərli baş redaktoru və Azərbaycan hakimiyyətinin ideoloji təbliğat ordusunun generallarılndan biri! Bu məsələlərin Faiqə dəxli varmı? Əlbəttə, yoxdur! Amma inanıram ki, bu gün Faiq Əmirliyə və başqa gənclərə qarşı şantaj vasitəsi kimi ortalığa atılan bu Nurçuluqla fəxr edən ziyalılar bu prosesə etiraz edəcək qədər cəsarət və təqva sahibləridir. Siz də inanırsızmı?Yoxsa siz də mənim kimi hesab edirsiniz ki, bu adamlar yazdıqlarını heç kimi oxumadığını bildiklərinə görə yazılarında bir cür, gerçəkdə isə başqa cür ideyalara yüklənmiş olurlar? Bütün hallarda, bu işlərin Faiq Əmirliyə dəxli yoxdur.

Axundov adına kitabxananın müdiri Faiq Əmirlidirmi?

İnsaf edin, Faiq Əmirlinin avtomobilinin yük yerimi daha ictimai yerdir, yoxsa, Axundov adına Milli Kitabxananın oxu zalı və ya Kitab Fondu?

Axundov adına kitabxananın Fondunda Fətullah Gülənin xalqa açıq olan digər kitablarının da şəklini buraya əlavə edirəm. Etiraf etməliyəm ki, bu biri kitabların baş prokurorun ailə üzvlərinə dəxli yoxdur və onların heç birinin heç bir yerində Qaralov soyadı yazılmayıb. (shekiller fetoname).

Kitablardan əlavə, hal hazırda ölkənin bütün mərkəzi sayılacaq kitabxanaların aktiv fondlarında Fətullah Gülən, Səid Nursi, Nurçuluq, Gülənçilik məsələləri ilə bağlı çoxlu sayda kitablar, broşürlər, məqalələr var və onların heç biri Fondlardan çıxarılmayıb. Çünki, belə bir qanun qəbul edilməyib. Çünki, belə bir direktiv də olmayıb. Olmalı idimi? Cəhənnəmə və gora olmalı idi və ya olmamalı idi! Bunun mənə heç dəxli yoxdur. Amma bütün hallarda bu ehtimala da baxaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Faiq Əmirlidirmi?

2014-cü ilin yayında da bu Gülən söhbətləri ortalığa düşmüşdü, amma yüngülvarı. Gülənin üstündə ilk gizlənpaç oyunu o zaman oynanıldı. Amma 2014- cü ilin xəbərlərində təsdiq edilirdi ki, Azərbaycanda 1500- dən çox dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 59-nun

üzərində qadağan qoyulub. Yasaq edilən 59 müəllifdən və kitabdan heç biri nə Fətullahçılığa aid olan kitablar idi, nə də Fətullah Gülən qadağan edilən dini ədəbiyyat müəlliflərindən biri. Həmin məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli modern.az saytına müsahibə verərək demişdi- "Ümumiyyətlə "qadağan olunmuş ədəbiyyat siyahısı” adlı anlayış yoxdur. Sadəcə olaraq ölkəyə idxalı məqsədəuyğun hesab edilməyən ədəbiyyatlar mövcuddur ki, onların qanunvericiliyə uyğun olaraq yayılmasına icazə verilmir”.

https://modern.az/az/news/64394#gsc.tab=0

Vəssəlam. 2014- cü ilin həmin op birinci gülən dalğasından sonra Dini Komitə və ya hər hansı başqa dövlət qurumu hər hansı müəllifi və ya kitabı qadağan edən direktiv qərarlar çıxarmayıb. Faiq Əmirlinin avtomobilinin yük yerinə əməliyyatçıların yerləşdirdiyi kitablar da qadağan edilən dini ədəbiyyat siyahısında yoxdur.

Faiq Əmirli və SOCAR arasındakı məhrəm münasibətlər

Əgər bu kitablar və ya Fətullah Gülən adlı müəllif Azərbaycan ərazisində qadağan edilsəydi, o zaman hakimiyyətə yaxın olan saytlar bu müəllifə məxsus və ya aid olan kitabların təbliği ilə, satışı ilə məşğul olmazdılar axı…

Məsələn, mən bilirəm ki, alokitab.az adlı sayt konkret olaraq SOCAR-a yaxın olan bir çevrənin layihəsidir. Açığı, SOCAR-a yaxın olduğunu da lap bu yaxınlarda, təsadüfən bildim, hərçənd, əvvəllər elə deyildilər. Bu yaxınlıq da sonradan baş verib. Yəni, hakimiyyətə yaxın olan bir çevrənin yaratdığı alokitab.az adlı bir sayt var, həmin sayt Azərbaycanda geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabların online satışını həyata keçirir.Bu saytda Fətullah Gülənin özünün kitabları və ya onun haqqında yazılan kitablar rahatca satılır. Mən Faiq Əmirli həbs edilən gün həmin sayta daxil oldum və Fətullah Gülənin «Ölümdən sonrakı həyat» adlı kitabını aldım… Nəzərinizə çatdırıram ki, Fətullah Gülənin ölümdən sonra nə iş görəcəyi də məni maraqlandırmır və əhmin kitabı Faiq Əmirliyə tikilən torbanın deşiklərini göstərmək üçün aldım. Yəqin bir- iki günə qeyd etdiyim ünvana yetirərlər. Burada həmin kitabların online satış linklərindən birini də verirəm ki, maraqlananlar alıb oxusunlar:

https://fgulen.com/az/azerice/747-metbuat/xeberler/22268-qurbetdeki-muellim-mc-fethullah-gulen

Qürbətdəki müəllimdən ötrü xiffət

Mən bu saytın Gülənçi- filan olduğunu iddia etmirəm, orada Fətullah Güləni terrorçuluqda ittiham edən «Terrrorun gülən üzü» adlı kitab da satılır. Amma axı, terrorun gülən üzünü məsumanə şəkildə vəsf edən həmin kitablar da satılır ki, o kitabların redaktorları, naşirləri, müəllifləri arasında baş prokurorun ailə üzvləri kimi hörmətli isimlər dayanır. Yəni, Bəhruz Bayramov tamamilə düz buyurur. Bu kitablar qadağan edilməyib. Niyə qadağan edilmədiyini isə görünür, Faiq Əmirlidən soruşmaq üçün onu götürüb aparıblar istintaq təcridxanasına. Ya da Fətullah Gülənə aid olan kitabların qadağan edilməməsinə görtə məsuliyyəti Faiq Əmirli daşımalıdır….Başqa cür düşünə bilirsinizmi?

Qənimət Zahid