Ukrayna Prezidenti Volodimir Zelenski ehtiyatda olanlar üçün ölkənin Silahlı Qüvvələrinə çağırış elan edib.
Bu barədə o, öz müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda ümumi səfərbərliyə ehtiyac yoxdur.
O, həmçinin bəyan edib ki, ehtiyatda olanlar Ukrayna ordusunun bütün mümkün dəyişikliklərə hazırlığını artırmalıdır.
Mənbə: rbc.ua