Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölənlərdən 11-i kişi və 11-i qadındır.
Altı nəfər dağıntılar altından çıxarılaraq xəstəxanasına yerləşdirilib.
***
15:04
Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində Ukraynanın Odessa viləyətində 18 mülki vətəndaş həlak olub.
Bu barədə Odessa Regional Dövlət Administrasiyası məlumat yayıb.
Onlardan 8 nəfəri kişi, 10 nəfəri qadındır. Hazırda dağıntılar təmizlənir.
Odessa yaxınlığındakı Podolski rayonunda 6 nəfər dağıntılar altından xilas edilib və Podolski şəhər xəstəxanasına yerləşdirilib.