Şəfəqə Doğru » Manşet » UKRAYNA - 500 AZƏRBAYCANLI XARKOVDAN TƏXLİYƏ EDİLİB

UKRAYNA - 500 AZƏRBAYCANLI XARKOVDAN TƏXLİYƏ EDİLİB

UKRAYNA - 500 AZƏRBAYCANLI XARKOVDAN TƏXLİYƏ EDİLİB

Bu gün Xarkovdan 500 azərbaycanlı təxliyə edilib.

Bu barədə Azərbaycanın Xarkovdakı konsulluğundan "Qafqazinfo” saytına  bildirilib. Qeyd edilib ki, bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkovdan Lvov şəhərinə yola salınıb. Vətəndaşlarımızın Lvovda Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək.

Eyni zamanda Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun Cənub Dəmir Yolu idarəsi və Dəmir Yolu vağzalı ilə apardığı danışıqlar nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılıb. Xarkovu tərk etmək istəyən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və fəxri konsulluqla əlaqə saxlamaları xahiş olunur.

Bildirilib ki, konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir, müraciətlərə operativ şəkildə reaksiya verir: "Bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik. Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkovdakı fəxri konsulluqla (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon nömrələri və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”.