Şəfəqə Doğru » Manşet » Şok çağırış - “Putini öldürün, bununla dünyaya böyük xidmət edəcəksiniz”

Şok çağırış - “Putini öldürün, bununla dünyaya böyük xidmət edəcəksiniz”

Şok çağırış - “Putini öldürün, bununla dünyaya böyük xidmət edəcəksiniz”

Shafaqadogru.com  xəbər verir ki, Qrem Roma İmperatoru Yuli Sezara xəyanət edən Brut və Adolf Hitlerə sui-qəsd cəhdi edən polkovnik Klaus fon Stauffenberqə istinad edib.

"Rusiyada bir "Brut” yoxdurmu? Rus ordusunda bir "polkovnik Ştauffenberq” yoxdurmu? Bunun bitməsinin yeganə yolu Rusiyada kimsənin bu adamı aradan götürməsidir. Ölkənizə və dünyaya böyük xidmət etmiş olarsınız”, - Qrem bildirib.

O, Putini yalnız rusların öldürə biləcəyini deyib:

"Bunu yalnız rus xalqı edə bilər. Bunu söyləmək asan, amma etmək çətindir. Əgər sən ömrün boyu zülmət içində yaşamaq və yoxsulluq içində dünyanın qalan hissəsindən təcrid olmaq istəmirsənsə, bunun üçün addım atmalısan”.

Qrem "FOX News” televiziyasının canlı yayımında da sui-qəsd çağırışını təkrarlayıb. Qrem deyib ki, Putini öldürəcək şəxs həm Rusiyaya, həm də dünyaya "çox yaxşı xidmət” göstərmiş olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu