Şəfəqə Doğru » Manşet » QARABAĞIN BƏRPASINA 2 MLD-DAN ÇOX VƏSAİT XƏRCLƏNİB

QARABAĞIN BƏRPASINA 2 MLD-DAN ÇOX VƏSAİT XƏRCLƏNİB

QARABAĞIN BƏRPASINA 2 MLD-DAN  ÇOX VƏSAİT XƏRCLƏNİB

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2 milyard 178,4 milyon manat xərclənib.

 

Bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. 

 

Hesabata görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ayrılan vəsaitin 99 faiz-i icra olunub və beləliklə, ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.