Şəfəqə Doğru » Manşet » RUSİYA BU MƏHSULLARA QADAĞA QOYDU -İXRACATI DAYANDIRILIR

RUSİYA BU MƏHSULLARA QADAĞA QOYDU -İXRACATI DAYANDIRILIR

RUSİYA BU MƏHSULLARA QADAĞA QOYDU -İXRACATI DAYANDIRILIR

Rusiya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinə taxıl ixracını qadağan edib. 

Bu barədə Rusiya hökumətinin gömrüklə bağlı komissiyası qərar verib.

Qadağa 31 avqust 2022-ci ilə qədər qüvvədə olacaq.

Rəsmi açıqlamada deyilir ki, 31 avqust 2022-ci ilə qədər Avrasiya İttifaqına buğda, çovdar, arpa və qarğıdalı ixracı qadağan olunur. İstisna yalnız idxal üçün lisenziya verilmiş hallar üçün nəzərdə tutulub.

Rusiya Kənd Təsərrüfatı Naziriyindən isə bildirilib ki, Rusiyanın özünü taxılla təmin etməsi 150 faizdir. Qeyd olunur ki, müvəqqəti qadağa əlavə daşınmanın qarşısını almaq üçündür: "Avrasiya İttifaqı ölkələri bu mövsüm üçün artıq rusumsuz zəruri miqdarda alışı təmin ediblər".