Böyük Britaniya hökuməti "Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.
Bu barədə "Daily Mail” nəşri məlumat yayıb.
"Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən ingilislər nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaqlar.
Qeyd edək ki, ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.