Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət
əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə
şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb.
Araşdırmalarla onun digər həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən
edilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.