Şəfəqə Doğru » Manşet » MƏŞHUR HAKER QRUPUNDAN PUTİNƏ TƏHDİD MESAJI-"SİZİN SARAYINIZDAYIQ..."

MƏŞHUR HAKER QRUPUNDAN PUTİNƏ TƏHDİD MESAJI-"SİZİN SARAYINIZDAYIQ..."

MƏŞHUR HAKER QRUPUNDAN PUTİNƏ TƏHDİD MESAJI-"SİZİN SARAYINIZDAYIQ..."

"Anonymous” haker qrupu Rusiya Mərkəzi Bankını hədəf alıb.

 

Rus ordusunun hücumlarından sonra Ukraynaya dəstək məqsədilə Rusiyanın bir çox dövlət saytlarını ələ keçirən məşhur haker qrupu "Anonymous” bu dəfə Mərkəzi Bankın saytını sındırıb.

 

Prezident Vladimir Putinə sərt mesajlar göndərən "Anonymous” qrupunun üzvləri Rusiya Mərkəzi Bankına etdikləri haker hücumu ilə bağlı açıqlama yayıblar. 

 

Açıqlamada deyilir: "Salam dünya vətəndaşları. Putin illərdir rus xalqını aclığa sürükləyir. O, medianı, müxalifləri cəzalandırıb. Putin Kremlin palatalarında əylənərkən Rusiya xalqı iqtisadi cəhətdən əziyyət çəkirdi. Vladimir Putin yalançı, diktator, müharibə cinayətkarı və uşaq qatilidir. Putin və onun oliqarx dostları silah alverçiləri ilə birlikdə dünyanı fəlakətə sürükləyir. Ukraynada Putinin göstərişi ilə minlərlə dinc sakin və günahsız insan öldürülüb. Yüz minlərlə ukraynalı didərgin düşüb. Xəstəxanalar, məktəblər və sığınacaqlar bombalanıb. Uşaqlar ailələrini, ailələr uşaqlarını itirdi.

 

Vladimir Putin, Nigeriyada, Çilidə, Nikaraquada diktatorlara nə etdiyimizi xatırlayın. İsrail, ABŞ, Avropa, Master Card, SARS və bütün digər müharibə tərəfdarlarını necə cəzalandırdığımızı da xatırlayın!”.


"Anonymous”un verdiyi açıqlamanın davamında qeyd olunub: "Vladimir Putin, heç bir sirr əbədi deyil. Biz hər yerdəyik. Sizin sarayınızdayıq. Masanızda, yatdığınız otaqdayıq. İndi Rusiya Mərkəzi Bankının minlərlə sənədləri, müqavilələri, yazışmaları, pul köçürmələrini, oliqarxlarınızın ticarət sirlərini, ictimaiyyətdən gizlətdiyiniz real iqtisadiyyat hesabatlarını, başqa ölkələrlə imzaladığınız ticarət müqavilələrini, bəyanatları, konfrans videolarını və istifadə etdiyiniz proqramları paylaşırıq” /// Fatma Abdulla